“Gürcüstan dekabrın 10-da Moskvada keçiriləcək “3+3” (altılıq) platformasının iclasında iştirak etməyəcək”.
Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Biz bu formatda iştirakı nəzərdən keçirməyəcəyik və ona görə də Gürcüstan dekabrın 10-na təyin edilmiş iclasda təmsil olunmayacaq”, - deyə nazirliyin bəyanatında bildirilib.
Gürcüstan Xarici İşlər Nazirliyi qeyd edir ki, rəsmi Tbilisi bu məsələ ilə bağlı öz mövqeyini artıq bir neçə dəfə səsləndirib.
Mənbə: Gürcüstanın İctimai televiziya kanalı