Ermənistan "3+3" formatında keçiriləcək ilk görüşdə iştirak edəcək.
Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Biz bu məsələni həmkarlarımızla, xüsusən də Rusiya ilə müzakirə etdik və onların da bu fikri bölüşdüyünə dair siqnallar var. Dekabrın 10-da bu işçi qrupun ilkin iclası "3+3" formatında və ya ola bilsin ki, "3+2" formatında keçiriləcək. Ermənistan xarici işlər nazirinin müavini səviyyəsində iştirak edəcək, çünki bu görüş məhz bu səviyyədə nəzərdə tutulub", - Paşinyan qeyd edib.
Xatırladaq ki, "3+3" formatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təklif edilib. Bu format Rusiya, Türkiyə və İranın, eləcə də Ermənistan, Gürcüstan və Azərbaycanın iştirakını nəzərdə tutur.