Paşinyan bu gün də oğlunu erməni əsirlərlə dəyişməyə hazırdır.
Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, bunu bu gün Baş nazir parlamentin iclasında deyib.
Paşinyan bir neçə ay əvvəl verilən təklifin qüvvədə olduğunu bildirib.
Baş nazir qeyd edib ki, Azərbaycan tərəfi indiyədək buna reaksiya verməyib.