İrəvan və Bakı Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupu çərçivəsində Arazdəyən - Horadiz dəmir yolunun açılması imkanlarını müzakirə edir.
Bunu Ermənistan parlamentində hökumət saatında çıxış edən baş nazirin müavini Mher Qriqoryan bildirib.
“Dəmir yolu ilə bağlı qarşılıqlı anlayış mövcuddur. Danışıqlarımız Arazdəyən - Horadiz xəttinə aiddir. Bu hissə ona görə vacibdir ki, İranla və Gürcüstanla əlaqə yaratmağa imkan verir. Beləliklə, bu dəmir yolu xətti regional əhəmiyyətə malikdir”, - deyə o bəyan edib.
Qeyd edək ki, Ermənistan, Azərbaycan və Rusiya Federasiyası baş nazirlərinin müavinlərinin üçtərəfli işçi qrupunun sonuncu görüşü dekabrın 1-də Moskvada keçirilib.
Mənbə: TASS