Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən Rusiya və Ukrayna arasında gərginliyin azaldılması üçün vasitəçilik təklifi edib.
“Biz istəyirik ki, Rusiya və Ukrayna arasında gərginlik artmasın, regionda sabitlik saxlanılsın”, - deyə Türkiyə lideri bildirib.
Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Türkiyə dialoqu yoluna qoymağa və istənilən formatda əməkdaşlığa hazırdır.
Mənbə: TASS