Ermənistana qarşı müxtəlif beynəlxalq konvensiyalar üzrə Azərbaycan şikayətlər qaldıracaq.
Xezerxeber.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov jurnalistlər üçün keçirilən brifinqdə deyib.
Nazir müavini bildirib ki, artıq Azərbaycan gələn il iki konkret istiqamət üzrə şikayət verəcək: “Bunlardan biri ətraf mühitə vurulmuş ziyanın miqyası ilə bağlı olacaq. Təbii ki, mövcud bəzi konvensiyalar çərçivəsində həmin ərazilərdə ətraf mühitə vurulmuş ziyanla bağlı məsələnin qaldırması planlaşdırılır. Digər məsələ enerji resursları ilə bağlı olacaq. İşğaldan azad edilmiş ərazilərdə enerji resurslarından Ermənistanın qanunsuz istifadə etməsi və istismar faktları toplanır və bununla bağlı iddia qaldırılmasına hazırlaşırıq”.