Ağ Evdən uyğurlara dəstək gəldi: “Çini boykot edəcəyik...”

Ağ Evdən uyğurlara dəstək gəldi:  “Çini boykot edəcəyik...” backend

Ağ Ev Çinin Sincan-Uyğur Muxtar və digər bölgələrdə insan haqları pozuntularına görə Pekin Qış Olimpiya Oyunlarını diplomatik şəkildə boykot edəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki açıqlama verib.

“Çinin Sincanda bəşəriyyətə qarşı törətdiyi cinayətlər və digər insan haqları pozuntuları səbəbindən 2022-ci il Pekin Qış Olimpiya Oyunları və Paralimpiya Oyunlarına heç bir diplomatik və ya rəsmi nümayəndə heyəti göndərməyəcəyik”, - Psaki deyib.

Olimpiadaya gedəcək ABŞ idmançılarını tam dəstəklədiklərini vurğulayan Psaki ABŞ-ın insan haqlarını qorumaq üçün öhdəliyi olduğunu vurğulayıb.

Psaki Pekin Olimpiadası ilə bağlı boykot qərarının diplomatik müstəvidə olduğunu və idmançılara təsir etmədiyini, lakin bunun Çinin insan haqları pozuntularına qarşı sərt mesaj olduğunu bildirib.

Diaspora