Azərbaycanın Qarabağ iqtisadi zonasında müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları Xankəndidə yaşayan ermənilərə 9 tondan çox humanitar yardım ediblər.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, humanitar yük Moskva vilayətindəki xeyriyyə təşkilatları tərəfindən toplanaraq Rusiya Müdafiə Nazirliyinin İl-76 hərbi-nəqliyyat təyyarəsi ilə göndərilib.