ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirməyə hazırdırlar.
Qaziler.az xəbər verir ki, bu barədə həmsədrlərin birgə bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, həmsədrlər Stokholmda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin onların himayəsi altında birgə görüşünün baş tutmamasından təəssüflənirlər: "Həmsədrlər sentyabrda Nyu-Yorkda və noyabrda Parisdə başlanmış müzakirələrin davam etdirilməsinə şərait imkan verən kimi belə bir görüşü keçirməyə hazır olduqlarını bildiriblər".
Trend.az