Tezliklə İrəvanın Erebuni hava limanına 10 erməni əsiri daşıyan təyyarə enəcək.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti direktorunun keçmiş müavini Boris Avaqyan deyib.
O qeyd edib ki, erməni əsirləri rusiyalı general Rüstəm Muradov gətirir:
"O, bu dəfə ən ciddi məxfilik şəraitində Bakıya gedib. Məhbusların qaytarılması barədə son dəqiqəyə qədər məlumat verilməyib".
Qeyd edək ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti minalanmış ərazilərin xəritələri müqabilində noyabrın 16-da erməni təxribatı nəticəsində əsir götürülən 10 erməni hərbçisinin Ermənistana təhvil verildiyi barədə məlumat yayıb.
***
Erməni əsirləri İrəvana gətirən təyyarə Erebuni hava limanına eniş edib.