Amnistiya Aktı Vətən müharibəsinin 2 iştirakçısına şamil edilib

Amnistiya Aktı Vətən müharibəsinin 2 iştirakçısına şamil edilib backend

"8 Noyabr - Zəfər Günü münasibətilə qəbul edilən Amnistiya Aktı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində icra olunub".

Report xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

O bildirib ki, amnistiya müəssisədə ümumilikdə 49 nəfərə şamil edilib: "Daha əvvəl müəssisədən Amnistiya Aktı tətbiq edilən 73 nəfər azadlığa buraxılmışdı. Ümumilikdə isə bu cəzaçəkmə müəssisəsindən 122 nəfər azadlığa buraxılıb".

Qeyd edək ki, Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.

Diaspora