Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Dövlət Sərhəd Xidmətinin hərbi helikopterini qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
Qaziler.az-ın xəbərinə görə, səfir bu barədə "Twitter"də paylaşım edib.
“Bu gün helikopter qəzasında həyatlarını itirənlərə rəhmət diləyir, ailələrinə və yaxınlarına başsağlığı verirəm”, - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, noyabrın 30-da DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb.
Qəza nəticəsində 14 hərbi qulluqçu həlak olub, ikisi yaralanıb.