Türkiyənin XİN rəhbəri Ceyhun Bayramovla görüşüb - YENİLƏNİB

Türkiyənin XİN rəhbəri Ceyhun Bayramovla görüşüb - YENİLƏNİB backend

Noyabrın 26-da İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının Aşqabad şəhərində keçirilən iclası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşü keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Apa-ya verilən məlumata görə, tərəflər bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma prosesi çərçivəsində Azərbaycan tərəfindən görülən işlər barədə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla davam etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

***

16.37

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

APA-nın məlumatına görə, türkiyəli nazir bu barədə “Twitter” hesabında yazıb.

 

“Can Azərbaycanın xarici işlər naziri, dəyərli qardaşım, Ceyhun Bayramovla bölgəmizdəki son prosesləri müzakirə etdik. Birlikdə çalışmağa davam edəcəyik”, - deyə türkiyəli nazir qeyd edib.

loading...
Diaspora