Soçi görüşündə müzakirə olunacaq mövzular açıqlandı

Soçi görüşündə müzakirə olunacaq mövzular açıqlandı backend

Rusiya Prezidenti Vladimir Putinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Putinlə Mişel 26 noyabrda üçtərəfli Soçi görüşündə müzakirə ediləcək məsələlərdən danışıblar.

“Şarl Mişelin xahişi ilə Vladimir Putin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli sazişlərin müddəalarının həyata keçirilməsi üçün atılan addımlar, o cümlədən dinc həyatın bərqərar edilməsi, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası barədə məlumat verib. Bu məsələlərin Rusiya və Azərbaycan prezidentləri ilə Ermənistanın Baş nazirinin 26 noyabr Soçi görüşündə də nəzərədn keçirilməsi planlaşdıırlır”, - Kremlin məlumatında deyilir.

loading...
Diaspora