Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyəyə 10 milyard ABŞ dolları investisiya ayırıb.
TASS xəbər verir ki, bunu Ankarada keçirilən mətbuat konfransında Əbu-Dabi Dövlət İnvestisiya Fondunun sədri Məhəmməd Həsən əl-Suveydi bildirib.
Qeyd edək ki, bu gün BƏƏ Dövlət İnvestisiya Fondu, Türkiyə Rifah Fondu və Türkiyə Prezident Administrasiyası yanında İnvestisiya İdarəsi arasında əməkdaşlığa dair sənədlər imzalanıb.