“Şuşanı bir gün geri alacağıq, ya müharibə, ya da...” - Separatçı “nazir” sərsəmlədi

“Şuşanı bir gün geri alacağıq, ya müharibə, ya da...” -  Separatçı “nazir” sərsəmlədi backend

"Bu, bizim üçün qəbuledilməz olub və olacaq. Biz Azərbaycanla mümkün qədər qonşu ola bilərik, onların bir hissəsi olmaq bizim üçün qəbuledilməzdir. Bizi məcbur edə biləcəklərini düşünməsinlər. Biz istəmiriksə, onlar nə edə bilərlər?".

Qazilər.az Yenisabah.az-a istinadla xəbər verir ki, bu fikirləri qondarma "respubublika"nın "xarici işlər naziri" Davit Babayan deyib.

Separatçı bildirib ki, nə olursa olsun, onlar heç vaxt Azərbaycanın bir hissəsi olmayacaqlar:

"Nə olursa olsun heç vaxt Azərbaycanın bir hissəsi olmayacağıq. Bu səbəbdən heç kim bizi belə bir qərara məcbur edə bilməz. Əks halda iki yolumuz var: Ya yeni genişmiqyaslı müharibə etməliyik və qan tökülməlidir. Ya da QarabağI tərk edəcəyik. Azərbaycanın tərkibində olmağımız qəbuledilməzdir. Dünya nə etməlidir, bizim üçün məqbul deyilsə, bizi qıracaqmı? Ona görə də təkrar edirəm ki, bu, müstəsna olaraq bizdən asılıdır".

D.Babayan Paşinyan demarkasiya və delimitasiya prosesinə razı olan sənədi imzalasa da Qarabağda yaşayan ermənilər üçün bu statusun qəbuedilməz olacağını qeyd edib:

"Sənədin imzalanıb-imzalanmayacağını aidiyyatı qurumlardan soruşmaq düzgün olardı, amma hesab edirəm ki, bu uzun prosesdir. Azərbaycanın daxilində istənilən status bizim üçün qəbuledilməzdir və biz heç vaxt işğaldan, tarixi torpaqlarımızdan əl çəkməyəcəyik. Şuşa bizim olub, bir gün onu yenə alacayıq".

loading...
Diaspora