Saloniki şəhərində Zəfər Günü ilə bağlı məlumatlandırıcı aksiya təşkil edilib

Saloniki şəhərində Zəfər Günü ilə bağlı məlumatlandırıcı aksiya təşkil edilib backend

Yunanıstanın Saloniki şəhərində Vətən müharibəsinin başa çatmasının birinci ildönümünə həsr olunmuş məlumatlandırıcı aksiya keçirilib.

 

Qaziler.az xəbər verir ki, “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan aksiya zamanı nəqliyyat vasitələrində və dayanacaqlarda Bakıdakı Qız Qalasını, Şuşa qalasını, Azərbaycanın azad edilmiş ərazilərini, “Xarı bülbül” rəmzini əks etdirən fotomateriallar yerləşdirilib və “Şuşa” sözü yazılıb.

 

Aksiya yerli sakinlərin diqqətini Azərbaycanın parlaq qələbəsinə cəlb etmək məqsədilə gerçəkləşdirilib.

loading...
Diaspora