“İlham Əliyev - Paşinyan görüşünün fərqli format və müddətləri müzakirə olunur” - Ermənistan XİN

“İlham Əliyev - Paşinyan görüşünün fərqli format və müddətləri müzakirə olunur” -  Ermənistan XİN backend

Ermənistan hökuməti ölkənin baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında keçiriləcək görüşün fərqli format və müddətlərdə təşkili variantlarını müzakirə edir.

Bunu TASS-a açıqlamasında Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan bəyan edib.

O, bu məsələyə dair konkret razılaşmanın əldə olunacağı təqdirdə əvvəlcədən ictimaiyyətə xəbər veriləcəyini bildirib.

Qeyd edək ki, bir müddət öncə qurum Paşinyanın dekabrın 15-də “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində Brüsseldə Azərbaycan dövlət başçısı ilə görüşməyə hazır olduğunu açıqlamışdı.

Mənbə: TASS

Diaspora