Erməni ekspert: “İlham Əliyev sözü heç zaman əbəs yerə demir” - VİDEO

Erməni ekspert: “İlham Əliyev sözü heç zaman əbəs yerə demir” -  VİDEO backend

“Azərbaycan Prezidenti İlham Əliyev onunla məşhurdur ki, heç zaman sözü əbəs yerə demir”.

Bu sözləri “Esse TV” “YouTube” kanalında yayımlanan “Ekspertlər klubu” verilişində erməni hərbi ekspert Van Ambartsumyan deyib.

Zəngəzur dəhlizi ilə bağlı fikir səsləndirən erməni ekspert Azərbaycanın bu məsələdə istədiyini aldığını qeyd edib:

“Ermənistanda “dəhliz” yox, “yol” deyirlər. Mən isə sizə deyim ki, onlar dəhliz istəyirlər. Bu barədə Azərbaycan Respublikasının Prezidenti də danışıb. Azərbaycan Prezidenti isə sözü əbəs yerə deməməsi ilə məşhurdur. Düzdür? Bu faktdır”, - deyə Ambartsumyan bildirib.   

O, həmçinin bildirib ki, Ermənistanın belə rəhbərliyi olduğu müddətdə Azərbaycanın silahlı qüvvələrə ehtiyacı yoxdur.

loading...
Diaspora