Vaşinqtonda “Qarabağın ritmi” adlı xeyriyyə konserti keçirilib - FOTO

Vaşinqtonda “Qarabağın ritmi” adlı xeyriyyə konserti keçirilib -  FOTO backend

Vaşinqton şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə “Qarabağın ritmi” (“Rhythm of Karabakh”) adlı xeyriyyə konserti keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan Diasporuna Dəstək Fondu və “United Charities for Azerbaijan” (UCA) xeyriyyə fondunun təşkilatçılığı ilə baş tutan konserti açıq elan edən UCA prezidenti Gündüz Tahirli bildirib ki, konsertə bilet satışından toplanan vəsait Azərbaycanda şəhid ailələrinə yardım üçün xərcləniləcək.

Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin ifasında “Xudayar təsnifi” ilə başlayan konsert zamanı ekranda Qarabağı və Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi qələbəni əks etdirən görüntülər nümayiş olunub. Daha sonra Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarova (piano), Ruslan Ağababayev (cazmen) və Xan Bəylinin (gitara) ifasında Azərbaycanın xalq və bəstəkar mahnıları səslənib.

Konsertdə Azərbaycan diasporunun üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

loading...
Diaspora