Rəisidən Bakı ilə bağlı möhtəşəm jest: Təkcə qonşu deyilik...

Rəisidən Bakı ilə bağlı möhtəşəm jest:  Təkcə qonşu deyilik... backend

İran İslam Respublikasının Azərbaycan və Türkiyə ilə əlaqələri qonşuluq əlaqələrindən daha artıqdır. Bu əlaqələrin dərin bağları, qədim dini və mədəni kökləri var.

Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu Tehranda qəbul edərkən ölkəsinin Azərbaycan və Türkiyə ilə əlaqələri haqda deyib.

İbrahim Rəisi əlavə olaraq deyib ki, İran və Türkiyə arasında xüsusən ticarət və iqtisadi sahədə əlaqələrin inkişafı hər iki ölkənin xalqlarının xeyrinədir: “İran və Türkiyə əməkdaşlığın inkişaf etdirilməsi üçün yol xəritəsini tamamlamaqla əlaqələri bütün sahələrdə hərtərəfli inkişaf etdirməlidir”.

Mövlud Çavuşoğlu İran prezidentinin sözlərinə cavab olaraq Türkiyənin Tehranla əməkdaşlığı, eyni zamanda, Cənubi Qafqazda sabitliyin artırılması və ticarət əlaqələrinin inkişafı üçün İranla birgə fəaliyyəti gücləndirməkdə maraqlı olduqlarını bildirib.

Olaya münasibət bildirən politoloq Elxan Şahinoğlu qeyd edib ki, bu arada Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevanın bir neçə gün əvvəl İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşü də diqqəti çəkir. Görüşdən sonra səfir özünün tvitter hesabında bunları yazdı: “Görüşdən, görüşməkdən məmnun oldum. Xüsusilə media və diplomatiya sahəsində nazirliklərimizin daha sıx əməkaşlığını müzakirə etdik”.

“Beləliklə, Tehran Azərbaycana qarşı yol verdiyi yanlışdan geri dönür. Biz də bunu istəyirik. Azərbaycana İranla münasibətlərdə əlavə gərginlik lazım deyil”, - deyə Elxan Şahinoğlu bildirib.

loading...
Diaspora