Parisdə Zəfər Günü münasibətilə “Sülhün səsi” adlı konsert təşkil edilib

Parisdə Zəfər Günü münasibətilə “Sülhün səsi” adlı konsert təşkil edilib backend

Paris şəhərindəki məşhur "Salle Gaveau" klassik musiqi konsert zalında 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Günü və 12 noyabr – Konstitusiya Günü münasibətilə “Sülhün səsi” adlı möhtəşəm konsert keçirilib.

 
Qaziler.az bildirir ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Fransadakı diasporumuzun təşkilatçılığı ilə baş tutan konsertdə Fransanın elm, mədəniyyət xadimləri, diplomatik missiyaların nümayəndələri və  soydaşlarımız iştirak ediblər.

 

Konsertdə Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, tarzən Şəhriyar İmanov və beynəlxalq müsabiqələr laureatı, pianoçu-bəstəkar Etibar Əsədli çıxış ediblər. Virtuoz ifaçıları fransız musiqiçiləri Samüel Fihma (kontrabas) və Marten Vengerme (zərb alətləri) müşayiət ediblər. Tamaşaçılara “Sarı gəlin”, “Qara qaşın vəsməsi” Azərbaycan xalq mahnıları, Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Səid Rüstəmov kimi görkəmli bəstəkarlarımızın əsərləri və müəllif bəstələri etnocaz üslubunda təqdim edilib.

 

Konsert tamaşaçıların gur alqışları ilə qarşılanıb.

 

Qeyd edək ki, tədbirə gələn qonaqlara Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanan "Karabakh on the cusp of revival" ("Qarabağ dirçəlişin astanasında") broşürləri paylanılıb. Broşürlərdə Azərbaycan ərazilərinin 30 illik işğalı ərzində Ermənistanın törətdiyi vandalizmi, şəhər və kəndlərimizin, mədəniyyət və memarlıq abidələrimizin məhv etdiyini ifşa edən fotofaktlar əks olunub. Fotofaktların müəllifi Fransada yaşayan fotoqraf Maya Bağırovadır.

loading...
Diaspora