Çikaqonun mərkəzində Azərbaycanın dövlət bayrağı qaldırılıb - FOTO

Çikaqonun mərkəzində Azərbaycanın dövlət  bayrağı qaldırılıb -  FOTO backend

ABŞ İllinoys ştatının Çikaqo şəhərinin mərkəzində 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanın dövlət bayrağı qaldırılıb.

Aksiya "The Daley Center" binası qarşısında Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədovun təşkilatçılığı ilə baş tutub.

Aksiyanın məqsədi yerli ictimaiyyətin diqqətini Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin birinci ildönümünə cəlb etmək olub.

loading...
Diaspora