NATO günü-gündən Rusiya sərhədinə yaxınlaşır - Peskov

NATO günü-gündən Rusiya sərhədinə yaxınlaşır -  Peskov backend

Rusiyanın Ukraynaya hücuma hazırlaşması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, bu cür iddialar gərginliyi artırmaq cəhdindən başqa bir şey deyil:

“Belə məlumatdansa, ABŞ hərbi gəmilərinin Qara dənizdəki varlığına diqqət çəkmək lazımdır. ABŞ və onun rəhbərlik etdiyi NATO günü-gündən Rusiya sərhədlərinə yaxınlaşır və ciddi qüvvələr toplayır”.

Qeyd edək ki, “Boomberg” Rusiyanın Ukraynaya hücuma hazırlaşması ilə bağlı məlumat paylaşıb.

Diaspora