Almatıda Zəfər Günü münasibətilə tədbir təşkil edilib - FOTO

Almatıda Zəfər Günü münasibətilə tədbir təşkil edilib -  FOTO backend

Qazaxıstanın Almatı şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş toplantı keçirilib.

Qazaxıstanda fəaliyyət göstərən "Ata Yurd-Nomad" Azərbaycan Etnomədəni Respublika İctimai Birliyinin təşkil etdiyi toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri və soydaşlarımız iştirak ediblər.

Tədbirdə “Ahıska” qəzetinin və “Türk Birliyi” jurnalının baş redaktoru Rövşən Məmmədoğlu, Dövlət Komitəsinin əməkdaşı Elmira Hacıyeva və eksperti Teymur Atayev çıxış ediblər. Qazaxıstanda yaşayan soydaşlarımızı möhtəşəm bayram münasibətilə təbrik edən natiqlər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı azad etməsini son 200 ildə qazanılmış tarixi və ən böyük qələbə adlandırıblar. Vətən müharibəsi dövründə “Ahıska” qazetində davamlı olaraq Dünya Ahıska Türkləri Birliyinin sədri (DATÜB) Ziyəddin Kassanovun ölkəmizi dəstəkləyən bəyanatlarının yayımlandığı, dünya azərbaycanlıların və türk dünyasının bir yumruq kimi Azərbaycan dövlətinin ətrafında sıx birləşməsi nəticəsində informasiya savaşında üstünlük əldə olunduğu, “Türk Birliyi” jurnalının xüsusi buraxılışının tarixi qələbəyə həsr olunduğu nəzərə çatdırılıb. Azərbaycan diasporunun Şuşaya səfərləri zamanı ermənilərin Qarabağda törətdikləri vəhşilikləri öz gözləri ilə gördüklərini vurğulayan baş redaktor Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib və xaricdə yaşayan azərbaycanlıların koordinasiyasını uğurlu şəkildə həyata keçirən komitəyə minnətdarlığını bildirib.

Tədbir iştirakçılarına Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun, DATÜB sədri Ziyəddin Kassanovun və “Ata Yurd-Nomad” Azərbaycan Etnomədəni Respublika İctimai Birliyinin sədri Süleyman Əhmədovun təbrikləri çatdırılıb.

loading...
Diaspora