Daşkənddə Zəfər Günü qeyd olunub - FOTO

Daşkənddə Zəfər Günü qeyd olunub -  FOTO backend

Daşkənd şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Özbəkistanda fəaliyyət göstərən Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan diasporunun, yerli ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak ediblər.

Azərbaycanın və Özbəkistanın Dövlət himnlərinin səsləndirilməsi ilə açılan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə RAMMM sədri Firdovsi Hüseynov, professor Almaz Məcidova, İsmayıl Məmmədov, Həsən Azayev və
başqaları çıxış edərək, əzəmətli və tarixi bayram münasibətilə xalqımızı, dünya azərbaycanlılarını və türk dünyasını təbrik ediblər. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əsgər və zabitlərimizin qazandıqları parlaq qələbənin Özbəkistanda yaşayan soydaşlarımızda böyük sevinc və qürür hissi doğurduğu vurğulanıb.

Tədbirdə qədim Şuşa şəhərində Prezident, Ali Baş Komandan İlham Əliyevin hərbçilər qarşısındakı 8 noyabr 2021-ci il tarixli çıxışından, Bakının Azadlıq meydanındakı Zəfər Paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışından videokadrlar nümayiş etdirilib.

Sonra F.Hüseynov bayram münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan təbrik müraciətinin mətnini oxuyub.

Tədbir bayram konserti ilə davam edib.

loading...
Diaspora