Beynəlxalq hüququ və milli ləyaqətimizi bərpa etdik - İlham Əliyev

Beynəlxalq hüququ və milli ləyaqətimizi bərpa etdik -  İlham Əliyev backend

“Dörd gün əvvəl Azərbaycan xalqı Qarabağın işğaldan azad olunmasını sevinclə və qürurla qeyd etdi. Biz təxminən 30 illik işğala son qoyduq”.

Qazilər.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə çıxışı zamanı deyib.

“Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə qəbul etdiyi və kağız üzərində qalan qətnamələri yerinə yetirdik, icra etdik. Tarixi ədaləti bərpa etdik. Beynəlxalq hüququ bərpa etdik. Milli ləyaqətimizi bərpa etdik”, - Prezident vurğulayıb.

loading...
Diaspora