"Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərin müavinlərinin rəhbərlik etdiyi İşçi Qrupu çərçivəsində Azərbaycan tərəfinə Ermənistan vasitəsilə Naxçıvana yolun verilməsi imkanlarını müzakirə edilir".
Qaziler.az Publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində deyib.
"Əgər Azərbaycan təkcə Naxçıvana yol istəyirsə, o zaman Xınzirək-Biçənək hissəsindən istifadə etməsi məqsədəuyğundur. Amma bu məsələlər hələ də müzakirə olunur", - Qriqoryan deyib.
Qeyd edək ki, Xınzirək kəndi Ermənistanın Gorus şəhəri yaxınlığında, Biçənək kəndi isə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun ərazisində yerləşir.
Xatırladaq ki, 2021-ci il yanvarın 11-də Rusiya və Azərbaycan və Ermənistan liderləri arasında aparılan danışıqlardan sonra Baş nazir müavinlərinin rəhbərliyi ilə işçi qrupunun yaradılıb.