Kiyevdə Zəfər Günü şərəfinə şou-aksiya təşkil edilib

Kiyevdə Zəfər Günü şərəfinə şou-aksiya təşkil edilib backend

Kiyev şəhərində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə şou-aksiya keçirilib.

 

Qaziler.az bildirir ki, Ukrayna Azərbaycanlıları Radasının (UAR) həmsədri, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivinin təşəbbüsü və təşkilatçılığı ilə paytaxtın mərkəzi Klovskaya küçəsi-7 ünvanındakı inzibati binalardan birinin üzərində Azərbaycanın möhtəşəm tarixi bayramları şərəfinə lazer-şou keçirilib.

 

Aksiya zamanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin, Azərbaycan əsgərinin, Azərbaycan xəritəsinin, dövlət bayrağının, Şuşa məscidinin və “Xarı bülbül” rəmzinin reproduksiyaları nümayiş olunub.

 

Aksiyada UAR-ın gənclər departamentinin əməkdaşları iştirak ediblər.

loading...
Diaspora