İstanbulda “Şuşanın Azadlığı və Qarabağ Zəfər Bayramı” adlı tədbir - FOTO

İstanbulda “Şuşanın Azadlığı və Qarabağ Zəfər Bayramı” adlı tədbir - FOTO backend

İstanbulda “Şuşanın Azadlığı və Qarabağ Zəfər Bayramı” adlı tədbir təşkil olunub.

Qazilər.az xəbər verir ki, “İpək Yolu” Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Türkiyə Evinin (ATEV) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə ilk olaraq hər iki ölkənin şəhidlərinin əziz xatirəsi yad edilib, Dövlət Himnləri səsləndirilib.

Tədbirdə millət vəkilləri, bələdiyyə başqanları, siyasi partiya təmsilçiləri, dövlət rəsmiləri, elm adamları, sənətçilər və Azərbaycan diaspor nümayəndələri, Türkiyədə reabilitasiya keçən Vətən müharibəsi qaziləri daxil olmaqla, ümumilikdə 10 ölkədən 400 nəfərdən artıq qonaq iştirak edib.

Tədbiri giriş sözü ilə “İpəkyolu” Strateji Araşdırmalar Mərkəzinin başqanı Dr. Seyfullah Türksoy və ATEV başqanı Tənzilə Rüstəmxanlı açıb. 44 günlük Vətən müharibəsi dövründə Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndiyi bildirilib.

Tənzilə Rüstəmxanlıya “İpək Yolu” Strateji Araşdırmalar Mərkəzi tərəfindən fəxri ad və plaket təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

loading...
Diaspora