Rusiyanın Yekaterinburq şəhərindəki Boris Yeltsin adına Prezident Mərkəzi 8 noyabr – Zəfər Günü münasibətilə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.
Bu barədə Qazilər.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olan məlumatda qeyd edilib.
Aksiya Sverdlovsk vilayətində fəaliyyət göstərən “Azərbaycan-Ural” milli-mədəni ictimai təşkilatının təşəbbüsü ilə həyata keçirilib.