Tallində Zəfər Günü münasibətilə tədbir təşkil edilib

Tallində Zəfər Günü münasibətilə tədbir təşkil edilib backend

Estoniyanın paytaxtı Tallin şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib.

Bu barədə Qazilər.az-a daxil olan məlumatda qeyd edilib.

Tallin şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin və ölkəmizin Estoniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə estoniyalı parlamentarlar, Azərbaycan, Türkiyə, Qazaxıstan və Moldovanın diplomatik korpusunun, Azərbaycan icmasının, yerli ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov, Türkiyənin Estoniyadakı səfiri Süleyman İnan Özyıldız və Estoniya Parlamentində (Riigikoqu) Estoniya-Azərbaycan Parlamentlərarası Qrupun sədri Sven Sester çıxış ediblər. Möhtəşəm bayram münasibətilə xalqımızı təbrik edən natiqlər Azərbaycanın qələbəsini tarixi hadisə adlandırıblar. Estoniyanın daim Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi xüsusi olaraq vurğulanıb. Hazırda işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işlərinin əhəmiyyətinə diqqət cəlb edilib.

Sven Sester bir neçə gün öncə Azərbaycanda səfərdə olarkən işğaldan azad olunmuş Ağdam şəhərində gördüklərindən dəhşətə gəldiyini bildirib. Deputat azad olunmuş ərazilərdə bərpa işlərinin tezliklə tamamlanmasını və azərbaycanlıların doğma yurdlarına qayıtmasını arzuladığını bildirib.

Sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbir azərbaycanlı gənc musiqiçilərin ifasında Zəfər Gününə həsr edilən konsert proqramı ilə davam edib.

loading...
Diaspora