10 noyabr anlaşması qan tökülməsinin qarşısını aldı - Umud Mirzəyev

10 noyabr anlaşması qan tökülməsinin qarşısını aldı -  Umud Mirzəyev backend

10 noyabr üçtərəfli Bəyanatın imzalanmasından bir il ötür. Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən 44 günlük müharibənin nəticəsində imzalanan Bəyanat post-müharibə mərhələsi üçün əhəmiyyətə malik yeni bir başlanğıcın əsasını qoydu. 

Bəyanatın imzalanmasının ildönümündə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev AZƏRTAC-a açıqlama verib.

O bildirib ki, 10 noyabr bəyanatının nəticəsi bəşəri mənada müsbət qiymətləndirilməlidir.

“Bu anlaşma qan tökülməsinin qarşısını alıb. Bütün tərəflər istər Azərbaycan, istər Ermənistan, istərsə də region dövlətləri üçün bu anlaşmanın əhəmiyyəti böyükdür. 10 noyabr razılaşması 30 illik işğala son qoydu. Azərbaycan regionda yeni bir status qazandı və güc mərkəzi olaraq dövlətimizin statusu kifayət qədər ciddiyə alındı. BMT-nin, ATƏT-in Minsk qrupunun etməli olduğunu və bu illər ərzində edə bilmədiyini Azərbaycan hökuməti, Azərbaycan Silahlı Qüvvələri nizamladı”.

U. Mirzəyev qeyd edib ki, bu gün də bu razılaşmanın nəticəsidir ki, Qarabağ qarış-qarış bərpa olunur, cənnətə çevrilir, yollar çəkilir, hava limanları açılır, kəndlər salınır.

“Zəngəzur dəhlizi də açılacaq. İnsanlarımız Xocalıya, Əsgərana da qayıdacaq, Xankəndində Azərbaycanın bayrağı dalğalanacaq. Bu gün artıq bu reallıqla ermənilərin özləri də barışıblar. Yerli insanlar ilk gündən bilirdilər ki, bu torpaqlar Azərbaycan torpaqlarıdır və burada Azərbaycan qanunları olmalıdır. Bu problemləri separatist qüvvələr yaratdılar, kənardan yerli insanları separatizmə sürüklədilər. Artıq onların əli hər şeydən üzülüb və indi reallıqlarla barışmaq lazımdır”, - U. Mirzəyev deyib.

loading...
Diaspora