Nyu-Yorkun məşhur “Times” meydanında Azərbaycanla bağlı bilbord nümayiş etdirilib - FOTO

Nyu-Yorkun məşhur “Times” meydanında Azərbaycanla bağlı bilbord nümayiş etdirilib -  FOTO backend

ABŞ-ın Nyu-York şəhərində 8 Noyabr - Zəfər Gününə və 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib. 

Aksiya şəhərin məşhur “Times” meydanında baş tutub. Meydandakı binalardan biri üzərində Azərbaycan bayrağı rəngində “8 November. #KarabakhisAzerbaijan #Zafar” yazılmış bilbord bir saat ərzində nümayiş etdirilib.

Aksiyanı izləyənlər arasında Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları da olub. Məlumatlandırma aksiyası bütün həftə boyu davam edəcək.

Aksiya 300 mindən çox izləyicisi olan “New York - Times Square” “Facebook” səhifəsində canlı yayımlanıb (https://www.facebook.com/watch/live/?ref=watch_permalink&v=1199227560569562).

loading...
Diaspora