ABŞ-ın yeddi ştatında Zəfər Günü münasibətilə məlumatlandırıcı aksiyalar keçirilib

ABŞ-ın yeddi ştatında Zəfər Günü münasibətilə məlumatlandırıcı aksiyalar keçirilib backend

Yuta-Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Hüseynovanın təşkilatçılığı ilə ABŞ-ın yeddi ştatında Zəfər Günü münasibətilə məlumatlandırıcı aksiyalar keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Qaziler.az-a verilən məlumata görə, LED ekranlı yük maşınları üzərində Azərbaycan və Qarabağla bağlı şəkilləri əks etdirən elektron məlumatlandırıcı lövhələr yerləşdirilib.

Avtomobillər Nyu-Yorkda “Times” meydanı, Çikaqo şəhərinin Mərkəzi parkı, şəhər meydanı, “Dalley Centre”, Parlament binası, Boston şəhərində “Harley Davidson” binası, Hərbi Hava Qüvvələrinin binası, Massaçusets Texnologiya İnstitutunun binası, Massaçusets  İncəsənət  və Dizayn Kollecinin binası, Ermənistan konsulluğunun qarşısından, Mayami və Floridada əhalinin sıx olduğu yerlərdən keçib, “Greenpark” ərazisində və “Walkstreet”də Azərbaycan  bayrağı qaldırılan zaman hərəkət edib. Atlanta ştatında isə yük maşınları əsasən mətbuat mərkəzlərinin olduğu ərazidən, CNN binası qarşısından keçib.

Aksiyanın əsas məqsədi ABŞ ictimaiyyətini 30 ilə yaxın davam edən münaqişənin Azərbaycanın şanlı Qələbəsi ilə bitməsi barədə məlumatlandırmaqdan ibarət olub.

loading...
Diaspora