Sidneydə Zəfər Günü münasibətilə avtoyürüş olub - FOTO

Sidneydə Zəfər Günü münasibətilə avtoyürüş olub -  FOTO backend

Avstraliya-Azərbaycan Assosasiyasının təşəbbüsü ilə Sidney şəhərində 8 Noyabr –Zəfər Günü münasibətilə 20 avtomobilin və 50-ə yaxın həmvətənimizin qatıldığı avtoyürüş təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Qazilər.az-a verilən məlumata görə, üzərində Azərbaycan, Türkiyə və Avstraliyanın bayraqları asılmış avtomobillərdə hərəkət edən yürüş iştirakçıları yerli ictimaiyyətin diqqətini Azərbaycanın şanlı Zəfər Gününə cəlb etməyə çalışıb.

Həmvətənlərimiz yürüşün sonunda “Harbour” körpüsünün altında toplaşaraq, Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini yad edib, üçrəngli bayrağımızla xatirə şəkilləri çəkdiriblər. Avtoyürüş zamanı yol polislərinə Zəfər Günü, Azərbaycanın qazandığı Qələbə barədə məlumat verilib.

Avtoyürüş insidentsiz başa çatıb.

loading...
Diaspora