Eskişehirdə Zəfər Günü böyük coşqu ilə qeyd edilib - FOTO

Eskişehirdə Zəfər Günü böyük coşqu ilə qeyd edilib -  FOTO backend

Türkiyənin Eskişehir şəhərində 8 Noyabr – Zəfər Günü böyük coşqu ilə qeyd edilib.

Qazilər.az xəbər verir ki, Zəfər Günü münasibətilə şəhərin “Yediler Parkı”nda açıq hava sərgi mərkəzində təşkil edilən fotosərgidə 44 günlük Vətən müharibəsinə aid 50-yə yaxın fotoşəkil nümayiş olunub. Sərgiyə istər yerli sakinlər, istərsə də ictimai-siyasi dairələr tərəfindən böyük maraq göstərilib.

Daha sonra Eskişehir “Yediler Parkı”ndan şəhərin mərkəzində yerləşən “Ulus anıtı”na qədər Zəfər yürüşü keçirilib. Aksiyaya qatılan dərnək üzvləri, həmçinin Eskişehirdə təhsil alan azərbaycanlı tələbələr əllərində Azərbaycan və Türkiyə bayraqları, məşəllər, həmçinin Vətən müharibəsinə aid plakatlar tutublar. 300-ə yaxın insanın qatıldığı yürüş zamanı Mehteran Takımı “Ulus anıtı” meydanında qısa konsert poroqramı təqdim edib, vətənpərvərlik ruhunda olan türk və Azərbaycan mahnıları səsləndirilib.

Aksiyanın sonunda Qarabağ şəhidləri başda olmaqla, türk dünyası şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Eskişehir Azərbaycanlılar Dərnəyinin (EsAzDer) rəhbəri Cavid Aydın bu həftənin “Zəfər həftəsi” elan olunduğunu qeyd edib və həftə ərzində silsilə tədbirlərin keçiriləcəyini bildirib.

loading...
Diaspora