Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyanıb - FOTO

Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyanıb -  FOTO backend

Noyabrın 7-də Toronto şəhərində Kanada Azərbaycanlıları Şəbəkəsi və Azərbaycan Qadınlara Dəstək Mərkəzinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə bayram tədbiri təşkil edilib. 

Tədbirdə ötən il sentyabrın 27-də başlamış və noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi ilə başa çatmış Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığından danışılıb və müharibədə canını fəda etmiş şəhidlərin əziz xatirəsi yad edilib.

Toplantıda Torontoda yaşayan Azərbaycan icmasının nümayəndələri, Azərbaycanın Kanadadakı səfirliyinin müvəqqəti işlər vəkili Vasif Abutalıbov, Türkiyənin Torontodakı baş konsulu xanım Sinem Mingen, Torontodakı türk icmasının rəhbərləri də iştirak ediblər. Qonaqlar Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik ediblər.

Tədbir Azərbaycanın xalq və bəstəkar musiqilərindən ibarət konsert proqramı ilə başa çatıb.

Noyabrın 8-də isə Kanada Azərbaycanlıları Şəbəkəsinin təşkilatçılığı ilə Şimali Amerikanın ən böyük şəlaləsi olan Niaqara şəlaləsi üzərində Zəfər Günü münasibətilə Azərbaycan bayrağının rəngləri proyeksiya olunub.

Kanada Azərbaycan icmasının nümayəndələri Niaqara şəhərində açıq havada bayram şənliyi keçirərək Zəfər Gününü qeyd ediblər.

Diaspora