Türkiyə hərbçilərinin Qarabağda qalma müddəti bitir

Türkiyə hərbçilərinin Qarabağda qalma müddəti bitir backend

Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki Türkiyə hərbçilərinin səlahiyyət müddətinin uzadılması ilə bağlı Prezident admnistrasiyasının qanun layihəsi Böyük Millət Məclisinə təqdim olunub.

Qazilər.az xəbər verir ki, bu barədə məlumatı “Milliyet” qəzeti yayıb.

Qeyd edilib ki, layihənin noyabrın 9-da müzakirə ediləcəyi planlaşdırılır.

Xatırladaq ki, 2020-ci il noyabrın 16-da Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün bir il müddətinə səlahiyyət vermişdi.

Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.

Report.az

loading...
Diaspora