Münhendə Zəfər Günü qeyd edilib - FOTO

Münhendə Zəfər Günü qeyd edilib -  FOTO backend

Almaniyanın Münhen şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzi və Münhen Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan tədbirdə bu şəhərdə yaşayan Azərbaycan icmasının üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb. Sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən il parlaq qələbə münasibətilə xalqımıza müraciəti nümayiş etdirilib.

Tədbirdə çıxış edən Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzi və Münhen Azərbaycan Evinin rəhbəri Səttar Kərimov möhtəşəm bayram münasibətilə xalqımızı və dünya azərbaycanlılarını təbrik edib, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin qəhrəmanlıqla qazandığı parlaq qələbəni Azərbaycan tarixinin şanlı səhifəsi adlandırıb, hünər nümayiş etdirən şəhidlərimizin və cəsur qazilərimizin Vətən qarşısında xidmətlərinin unudulmayacağını bildirib.

Tədbir konsert proqramı ilə davam edib.

Diaspora