ABŞ-da möhtəşəm Zəfər Günü tədbiri - FOTO

ABŞ-da möhtəşəm Zəfər Günü tədbiri -  FOTO backend

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ABŞ-da fəaliyyət göstərən Azərbaycan icmasının və Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri ilə görüşüb.

Qazilər.az xəbər verir ki, Nyu-York ştatında baş tutan görüşdə ABŞ-ın müxtəlif ştat və şəhərlərində fəaliyyət göstərən diaspor aktivləri iştirak ediblər.

Tədbirdə çıxış edən Fuad Muradov 8 noyabr - Zəfər Günü münasibətilə bütün azərbaycanlıları təbrik edib. Vətən müharibəsi dönəmində Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq naminə nümayiş
etdirdikləri birlik, həmrəylik fəaliyyətlərinə görə diaspor aktivlərinə minnətdarlığını bildirib.

Qeyd olunub ki, 27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası yaradılıb, xaricdə yaşayan azərbaycanlıların şəbəkələşməsi və vahid platformalarda birləşməsi üçün mühüm addımlar atılıb. Amerika Azərbaycanlılarının
Koordinasiya Şurasının fəaliyyətindən danışan komitə sədri bildirib ki, şura Amerikadakı soydaşlarımızın və diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi işində uğurlu yol qət edib.

ABŞ-ın Nyu-York şəhərindəki Karnegi konsert zalında isə 8 Noyabr – Zəfər Günü münasibətilə bayram konserti keçirilib.

Konsert Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Florida Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminovanın və Florida Texnologiyalar Universitetinin professoru Pərvin Muradova-Dilbazinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycanın BMT yanında nümayəndəsi Yaşar Əliyev, Amerika Yəhudi Komitəsinin Rusiya ve Avrasiya uzre direktoru Samuel Kliger, tanınmış jurnalist İrina Tsukerman, ABŞ-da yaşayan rus, türk, yəhudi icmalarının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Konsertdən öncə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirakçılara ötən il Azərbaycan torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün təmin olunması naminə aparılan Vətən müharibəsində xalqımızın qazandığı parlaq qələbə barədə ətraflı məlumat verib, bu zəfərin regionda sülh və
sabitliyə ciddi töhfə olduğunu bildirib.

Konsertdə musiqiçilər Kamilla Məmmədova, Səmra Əmiraslan, Haoven Xiao (piano), Mişa Vitenson (violin), Sara Nordin və Soyeon Yu (vokalçı) Azərbaycanın xalq və bəstəkar mahnılarını ifa ediblər.

Tədbir çərçivəsində Azərbaycanı Zəfərə aparan hadisələri əks etdirən fotosərgi də nümayiş etdirilib.

loading...
Diaspora