Sürixdə Zəfər Günü qeyd edilib - FOTO

Sürixdə Zəfər Günü qeyd edilib -  FOTO backend

İsveçrədə fəaliyyət göstərən "Azərbaycanın Dostları" Cəmiyyətinin nəzdindəki "Buta" rəqs dərnəyinin Sürix şəhərindəki növbəti dərsi 8 noyabr – Zəfər Gününə həsr olunub.

Dərs zamanı milli geyimli dərnək üzvlərinin ifasında xalqımızın böyük qələbəsinə həsr edilmiş Azərbaycan rəqs nümunələri təqdim edilib.

Qeyd edək ki, "Buta" rəqs dərnəyində uşaqlar və böyüklər üçün qruplar fəaliyyət göstərir. "Buta"nın uşaqlar qrupu "Azərbaycan Vətənimdir" adlı onlayn beynəlxalq rəqs müsabiqəsində birinci yer tutub.

Diaspora