Nyu-Yorkda Zəfər avtoyürüşü zamanı ermənilər təxribat törətmək istəyib

Nyu-Yorkda Zəfər avtoyürüşü zamanı ermənilər təxribat törətmək istəyib backend

“Bu gün məlumat aldıq ki, Nyu-Yorkda Azərbaycan icması tarixi qələbəmiz münasibəti ilə avtoyürüş etdiyi vaxt ermənilər təxribat törətməyə cəhd göstəriblər".

Bunu ABŞ-da səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Report”un yerli bürosuna açıqlamasında deyib.

O bildirib ki, ermənilərin təxribatı baş tutmayıb: "Bildiyiniz kimi, ABŞ hüquqi dövlətdir və polis bütün təhlükəsizlik tədbirlərini həyata keçirmişdi. Ona görə də ermənilər heç bir hərəkət edə bilmədilər və biz böyük uğurla aksiyamızı yekunlaşdırdıq”.

Dövlət Komitəsinin sədri qeyd edib ki, ABŞ-dakı erməni lobbisi Azərbaycan diasporunun fəaliyyətindən narahatlıq keçirir və müxtəlif təxribatlara əl atır: “On il bundan əvvəl ABŞ-da bizim bu qədər soydaşımız yaşamırdı və onlar bu qədər təşkilatlanmamışdılar. Bu gün isə bu təşkilatlanma surətlə gedir. 44 günlük Vətən müharibəsi dövründə ABŞ-ın elə bir ştatı yox idi ki, orada Azərbaycan naminə hər hansı bir fəaliyyət olmasın. Kimi sosial şəbəkələr üzərindən, kimi də tədbirlər və ya yürüşlər vasitəsi ilə aktiv təbliğat aparır, Azərbaycan həqiqətlərini ABŞ ictimaiyyətinə çatdırırlar.

Uğurun göstəricisi ondan ibarətdir ki, artıq ermənilər Azərbaycan diasporunun fəaliyyətindən çox narahatdırlar. Xüsusilə ABŞ və Avropada keçirdiyimiz tədbirlərdən, yürüşlərdən sonra erməni diasporunda müzakirələr başlayır və bizim gücləndiyimizi onlar özləri çıxışlarında etiraf edirlər".

F.Muradovun sözlərinə görə, Nyu-Yorkda keçirilən Zəfər avtoyürüşü zamanı ermənilər müxtəlif təxribatlar törətmək üçün planlar hazırlayıblar: "Azərbaycan icmasının gücü, qətiyyəti və uğurudur ki, onların niyyətləri baş tutmadı".

loading...
Diaspora