Vankuver şəhərində Zəfər Günü münasibətilə bayram konserti keçirilib

Vankuver şəhərində Zəfər Günü münasibətilə bayram konserti keçirilib backend

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən 8 Noyabr - Zəfər Günü münasibətilə bayram konserti keçirilib.

Diasporla İş Üzrə Dövlət Komitəsindən Qaziler.az-a verilən məlumata görə, onlayn formatda təşkil edilən tədbirdə əvvəlcə 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı, vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə Azərbaycanın milli musiqiləri və rəqsləri ifa edilib, şəhidlərimizə həsr edilmiş şeirlər səsləndirilib, Zəfər Gününü əks etdirən videoçarxlar nümayiş etdirilib. Vankuver azərbaycanlıları dəmir yumruq kimi birləşdiklərini, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu siyasəti dəstəklədiklərini dilə gətiriblər. Soydaşlarımız vətənimizə olan sevgilərini və vətən borclarını yerinə yetirməyə həmişə hazır olduqlarını bir daha nümayiş etdirib, dünyanın harasında yaşamalarından asılı olmayaraq, vətənimiz Azərbaycanla nəfəs aldıqlarını dilə gətiriblər.

loading...
Diaspora