Köln şəhərində Zəfər Gününə həsr olunmuş konsert olub

Köln şəhərində Zəfər Gününə həsr olunmuş konsert olub backend

Almaniyanın Köln şəhərində 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Füsünkar musiqi” (“Adorable Music”) adlı konsert təşkil edilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Steigenberger” hotelinin konfrans zalında gerçəkləşdirilən konsertdə Almaniyada yaşayan tanınmış azərbaycanlı müğənni Seyran İsmayılxanov çıxış edib.

 

Sənətçi təqdim etdiyi konsert proqramını Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin böyük qəhrəmanlıqla qazandığı parlaq Qələbəyə, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizə və cəsur qazilərimizə həsr etdiyini bildirib.

 

Tədbir çərçivəsində bloger Vahid Həsənovun videoçarxları, azərbaycanlı rəssamlar Ofeliya İmanova və Sabir Copuroğlunun rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilib. 

loading...
Diaspora