Sürix şəhərində Zəfər Günü konsert və sərgi ilə qeyd edilib

Sürix şəhərində Zəfər Günü konsert və sərgi ilə qeyd edilib backend

İsveçrənin Sürix şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə musiqi gecəsi və fotosərgi təşkil edilib.

 

Qaziler.az bildirir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İsveçrə Azərbaycanlıları Mədəniyyət, Dostluq və Həmrəylik Cəmiyyətinin və Sürix Türk Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə “Volkshaus” (“Xalqlar Evi”) konsert zalında baş tutan tədbirdə diplomatik korpusun, yerli ictimaiyyətin, Azərbaycan və Türkiyə icmalarının nümayəndələri iştirak ediblər.

 

Konsert öncəsi çıxış edən tədbir iştirakçıları xalqımızı, dünya azərbaycanlılarını və türk dünyasını bu möhtəşəm bayram münasibətilə təbrik ediblər. Sonra Azərbaycanın klassik bəstəkarların əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

 

Tədbir çərçivəsində təşkil olunmuş sərgidə Ermənistanın 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı əzəli Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını ifşa edən 50-dən çox fotomaterial nümayiş etdirilib. 

Diaspora