Qlobal Bakı Forumunun bir qrup iştirakçısı Şuşaya yola düşüb

Qlobal Bakı Forumunun bir qrup iştirakçısı Şuşaya yola düşüb backend

“COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunun bir qrup iştirakçısından ibarət nümayəndə heyətinin Şuşa şəhərinə səfəri təşkil olunub.

Trend-in məlumatına görə, Füzuli Beynəlxalq Hava Limanına gedən nümayəndə heyəti oradan avtobuslarla Şuşaya yola düşüb.

Şuşaya səfər çərçivəsində qonaqlar tarixi, mədəni və dini abidələri ziyarət edəcək, Şuşada aparılan bərpa-yenidənqurma işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, 4-6 noyabr tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu keçirilib.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak ediblər.

loading...
Diaspora