İran XİN rəhbərindən Bakıya sensasion mesaj

İran XİN rəhbərindən Bakıya  sensasion mesaj backend

"Son zamanlar yanlış anlaşılmazlıqlar da daxil olmaqla, ölkələrimizin dostluq münasibətlərindən narahat olan bəzi dairələr fəaliyyətə keçib. Ancaq iki ölkə rəsmilərinin müdrikliyi sayəsində biz onların öhdəsindən gəldik".

Axar.az xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon söhbəti barədə danışarkən deyib.

“Hazırda ikitərəfli əməkdaşlığı daha da genişləndirmək üçün irəliləyə bilərik”, - Abdullahian söyləyib.

O, Qafqazdakı problemlərin həlli üçün 3+3 danışıqlar formatı da daxil olmaqla, regional əməkdaşlıq üzrə danışıqları qətiyyətlə dəstəklədiklərini və İranın regiondakı problemlərin regiondaxili danışıqlar yolu ilə həll oluna biləcəyinə inandığını vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

loading...
Diaspora