“The Jerusalem Post”: Rusiya və İsrail İranı Suriyadan çıxarmaq üçün əməkdaşlıq edirlər

“The Jerusalem Post”:  Rusiya və İsrail İranı Suriyadan çıxarmaq üçün əməkdaşlıq edirlər backend

Ərəb dünyasında prezident Bəşər Əsəd rejiminin tanınmasından sonra Suriyadakı qüvvələrin düzülüşü dəyişib və hazırda Rusiya ilə İsrail İranı ölkədən sıxışdırmağa çalışırlar

Moderator.az bildirir ki, bu barədə “The Jerusalem Post” nəşri yazır. Qəzetin qeyd etdiyi kimi, Təl-Əviv üçün Tehranı sıxışdırmaq “ölüm-dirim”, Moskva üçün isə “prestij və Əsədə yeganə təsir” məsələsidir.

 

“The Jerusalem Post” yazır ki, Rusiya, İran və onun “Hizbullah” hərəkatındakı müttəfiqləri uzun müddət Bəşər Əsədin tərəfində olublar, lakin Suriya liderinin rejimi ərəb dünyasında qəbul edilmiş kimi görünəndən sonra Rusiya və İsrail İranı Suriyadan sıxışdırıb çıxarmaq qərarına gəliblər.

 

Təxminən on ilə yaxındır ki, Təl-Əviv Suriyada yüzlərlə hava hücumu təşkil etməklə Tehranın regional hegemonluğunu və İsrailə mümkün hücum üçün irəliyə doğru hərbi dayaq olmaq xəyallarını darmadağın etmək kimi çətin tapşırıq üzərində işləyir.

 

Qəzetin qeyd etdiyi kimi, 2015-ci ildən Suriya münaqişəsində iştirak edən Rusiya “İsrail ölkəyə zərbə endirmək istəyəndə danışılacaq əsas qüvvə hesab olunur”. Moskva Təl- Əvivə Rusiya qüvvələrini təhdid etməyəcəyi müddətdə Suriyada sərbəst fəaliyyətini saxlamağa icazə verir.

 

Lakin son vaxtlar Moskva daha çox İsrailin hava hücumlarına diqqət çəkməyə və onu qınamağa başlayıb. Məsələn, iyun ayında Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya İsrailin hava hücumlarının sayının artdığını açıqlamışdı. Siyasətçi döyüşlərin Suriyadakı vəziyyətə mənfi təsir etdiyini qeyd edərək, “Suriya münaqişəsinin hərbi həlli olmadığını” vurğulamışdı.

 

Ancaq bu yaxınlarda İsrail Hərbi Hava Qüvvələrinin yüksək rütbəli zabiti münaqişənin aradan qaldırılması mexanizmində heç bir dəyişiklik olmadığını söyləyərək bu cür fərziyyələri bir kənara atdı. Belə ki, onun sözlərinə görə, İsrail qüvvələri Suriyada hələ də fəaliyyət azadlığına malikdir.

 

Bundan əlavə, İsrailin baş naziri Naftali Bennet və Rusiya prezidenti Vladimir Putin razılaşıblar kiTəlviv Dəməşqə doğru mövcud xəttio cümlədən hava hücumlarını davam etdirəcəkTərcüməçi Bennet Zeev Elkinin sözlərinə görə, liderlər bu barədə oktyabrda İsrailin baş nazirinin vəzifəyə başlamasından sonra Soçidə keçirilən ilk görüş çərçivəsində razılaşıblar.

 

İsrail Hərbi Hava Qüvvələri zabitinin sözlərinə görə, o, danışıqların bütün təfərrüatlarını bilmir, lakin çox güman ki, liderlər İranı Suriyadan çıxarmağa razılaşıblar. Qəzetin qeyd etdiyi kimi, İsrail başa düşür ki, ABŞ onun ən mühüm müttəfiqi olaraq qalsa da, Rusiya Yaxın Şərqdə əsas təsir faktorudur və Əsəd Moskvanı eşidir.

 

İsrail üçün İranın Suriyadan çıxarılması “ölüm-dirim məsələsidir”, Rusiya üçün isə “prestij və Əsəd üzərində yeganə təsirdir”. Bununla belə, “The Jerusalem Post”un yazdığına görə, Suriya liderinin Rusiya təsirini İrandan üstün tutacağı, yoxsa Tehranın Təl-Əvivlə “gələcək müharibə üçün qüvvələrini gücləndirməsinə” icazə vermək qərarına gələcəyi məlum deyil.

Diaspora