Gürcüstan Prezidenti Saakaşvilinin əfvi ilə bağlı: "Xeyr və heç vaxt”

Gürcüstan Prezidenti Saakaşvilinin əfvi ilə bağlı:  "Xeyr və heç vaxt” backend

“Keçmiş prezidentin əfvi ilə bağlı mövqeyim dəyişməz və qəti olaraq qalır – xeyr və heç vaxt”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili keçirdiyi xüsusi brifinqdə deyib.

Onun sözlərinə görə, sabiq dövlət başçısı Gürcüstana qanunsuz gəlib və məqsədi ölkədə qeyri-sabitlik yaratmaq olub: “Mən bu məsələyə bir daha qayıtmayacağam”.

Qeyd edək ki, qonşu ölkənin üçüncü prezidenti Mixeil Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavidə 12 saylı həbsxanada olan siyasətçi artıq 34-cü gündür aclıq aksiyası keçirir.

loading...
Diaspora